Xəbər lenti

Millimizin Hollandiyaya gedəcək heyəti açıqlandı
İdman21:19 17.03.2016

Millimizin Hollandiyaya gedəcək heyəti açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Elnur Zamanov, Samir Həmzəyev və Zeynal Zeynalov heyətdən kənarda qalıb
Futzal üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. 
ANS PRESS-in məlumatına görə, dünya çempionatının pley-off mərhələsində martın 22-də Almere şəhərində keçiriləcək Hollandiya - Azərbaycan oyunu üçün yığmamızın yekun heyətində 14 futzalçı yer alıb.
Baş məşqçi Tino Peres Bakıda keçirilən təlim-məşq toplanışına 17 oyunçu dəvət etsə də, hazırlıqlardan sonra onların üçündən imtina edib. Elnur Zamanov, Samir Həmzəyev və Zeynal Zeynalov heyətdən kənarda qalıb.
Hollandiya ilə ilk matça isə Rövşən Hüseynli, Emin Kürdov, Rizvan Fərzəliyev, Vitali Borisov, Ramiz Çovdarov, İsa Atayev, Amadeu Fernandes, Eduardo Mello, Auqusto Sezar, Fineo de Araujo, Namiq Məmmədkərimov, Rəcəb Fərəczadə, Xətai Bağırov və Rafael Durval yollanacaq.
Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Tino Peres Hollandiya ilə martın 22-də keçiriləcək pley-off oyunu haqda fikirlərini bildirib. “Martın 7-dən 17-dək Bakıda təlim-məşq toplanışı keçirdik.
Səhər fiziki, axşam məşqlərini isə taktiki çalışmalar və standart vəziyyətlər üzərində qururduq. Dünya çempionatının əsas seçmə, Avropa çempionatının isə final mərhələsindən əvvəl fiziki məşqlər keçdiyimizdən, bu dəfə müəyyən elementləri təkmilləşdirdik.
Ümumi götürdükdə, hazırlıq normal keçdi. Əhval-ruhiyyəmiz də yaxşıdı. Bizi 2 gərgin oyun gözləyir. Səfərdən sərfəli nəticə ilə dönmək istəyirik”, - deyə Tino Peres bildirib.
Qeyd edək ki, yığmalar arasında cavab oyunu aprelin 12-də baş tutacaq.
Qaynar.info