Xəbər lenti

Millimizin hücumçusunun burnu sınıb
İdman06:53 04.12.2022

Millimizin hücumçusunun burnu sınıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan millisinin və Almaniya "Şalke"sinin U-23 komandasının futbolçusu Rüfət Dadaşovun burnu sınıb.
31 yaşlı hücumçu bu səbəbdən artıq 2-ci oyundur meydana qoruyucu maska ilə çıxır.
Qərb Regional Liqasında "Köln"ün müvafiq yaş qrupundan ibarət komandası ilə XIX matçında (5:0) fərqlənən təcrübəli forvard maska ilə oynamağın çətin olduğunu bildirib: "Bəzi ötürmələri çox gec görürəm. Sevindirici haldır ki, qarşıda bizi fasilə gözləyir. Ümud edirəm ki, yeni ildən maskasız oynaya biləcəyəm".
Qeyd edək ki, Rüfət Dadaşov cari mövsüm "Şalke"nin heyətində 7 qol vurub.//report.az