Xəbər lenti

Millimizin hücumçusunun yeni klubu müəyyənləşdi
İdman18:59 10.07.2023

Millimizin hücumçusunun yeni klubu müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çimərlik millisinin üzvü Sabir Allahquliyevin yeni komandası müəyyənləşib. Mövsüm bitdikdən sonra "Qaradağ Lökbatan”dan ayrılan hücumçu MOİK-lə anlaşıb. Futbolçu yeni mövsümdən etibarən Birinci Liqa təmsilçisinin formasını geyinəcək.  
Allahquliyev bu barədə Qaynarinfo-ya açıqlamasında deyib:
"MOİK-ə keçmişəm. Gələn mövsümün sonuna qədər komandada olacağam. "Qaradağ Lökbatan”da, həmçinin, millidə birlikdə oynadığım İsa Zeynallı da MOİK-ə keçib. Hələ məşqlərə qatılmamışam. Gələn həftədən başlamaq istəyirik. Yeni oyunçular yığırlar. Köhnə komandanın yəqin ki, yarsı qalacaq. Əlavə futbolçuar da yığılacaq. Hədəf, yəqin ki, çempionluq, ən azı ilk üç yer uğrunda oynamaq olacaq”.
Səbuhi Həsənov