Xəbər lenti

Millimizin İrlandiya ilə matçının hakimləri açıqlandı
İdman08:46 02.09.2021

Millimizin İrlandiya ilə matçının hakimləri açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində millimizin İrlandiya ilə keçiriləcək matçının hakimləri müəyyənləşib. 

Qaynarinfo xəbər verir ki, İrlandiyanın paytaxtı Dublində baş tutacaq görüş fransadan olan hakimlər briqadasına həvalə edilib. Qarşılaşmanın baş hakimi Jerom Brisar olacaq. Ona meydanda Benjamin Peyc və Kristof Fincin köməklik edəcək. Dördüncü hakim isə Mikael Lesaj olacaq. 
Bu matçın VAR hakimi Stefan Frappart olacaq. Ona VAR otağında Mikael Berchebru yardım edəcək.

Oyun sentyabrın 4-də Dublindəki "Aviva" stadionunda Bakı vaxtilə saat 20.00-da start götürəcək.
Səbuhi Həsənov