Xəbər lenti

Millimizin oyunu qumara qoyulub - ŞOK İDDİA
İdman11:19 27.01.2015

Millimizin oyunu qumara qoyulub - ŞOK İDDİA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan yığmasının oyunu qumara qoyulub. Fanat.az хəbər verir ki, belə bir iddia ilə Qazaхıstanın sportinfo.kz saytı çıхış edib.
Həmkarlarımızın iddiasına görə, AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində 2011-ci ilin 3 iyununda Astanadakı "Astana Arena"da keçirilmiş Qazaxıstan - Azərbaycan oyununun nəticəsi öncədən razılaşdırılıb.
Hücumçu Sergey Qridinin klubsuz qalmasına toxunan həmkarlarımız belə yazıblar: "Daha çox "Tobol"la oyuna və AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla danışılmış oyunda vurduğu qollarla yadda qalan Qridin indi özünə klub tapa bilmir".  
Qeyd edək ki, həmin oyunda Qazaxıstan 2:1 hesabıyla qalib gəlmişdi. Sergey Qridinin 57-ci dəqiqədə hesabı açdığı oyunun 63-cü dəqiqəsində Vüqar Nadirov meydan sahiblərinə cavab vermişdi. Amma Qridin bundan 5 dəqiqə sonra dubla imza ataraq qazaxlara qələbə qazandırmışdı.
Qaynar.info