Xəbər lenti

Millimizin oyununun hakimləri açıqlandı
İdman10:00 05.10.2021

Millimizin oyununun hakimləri açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Finlandiya oyununun hakimləri açıqlanıb.
Qaynarinfo UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Belarusdan olan hakimlərə tapşırılıb. Görüşün baş hakimi Viktor Şimuşik olacaq. Ona Anton Gusev, Sergey Kosovets kömək edəcək. Dördüncü hakim funksiyasını Vitali Sevostyanik yerinə yetirəcək. 
Oyun oktyabrın 8-də, saat 20:30-da, Sumqayıtdakı "Kapital Bank Arena”da baş tutacaq.
Səbuhi Həsənov