Xəbər lenti

Millimizin potensial rəqibində baş məşqçi dəyişikliyi
İdman12:47 09.03.2022

Millimizin potensial rəqibində baş məşqçi dəyişikliyi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qazaxıstanın futbol üzrə əsas millisinə yeni baş məşqçi təyin olunub. 
 
Qaynarinfo xəbər verir ki, bu haqda Qazaxıstan Futbol Federasiyası məlumat yayıb. Məlumatta görə vaxtından əvvəl müqaviləsinə xitam verilən Talqat Baysufinovu bu postda Andrey Karpoviç əvəzləyib. 
Karpoviç qarşıdakı iki matçda komandanı meydana çıxaracaq. 41 yaşlı mütəxəssis yığmanı Moldovaya qarşı UEFA Millətlər Liqasının pley-off görüşlərinə hazırlayacaq. 
Cütün qalibi Azərbaycan, Belarus və Slovakiyaya C Liqasının II qrupunda rəqib olacaq.
Qarşılaşmalar martın 24-də və 29-da olacaq.
Səbuhi Həsənov