Xəbər lenti

Millimizin qapıçısı: "Bu, komandanın çempionata nə qədər hazır olduğunu göstərəcək"
İdman09:20 13.01.2022

Millimizin qapıçısı: "Bu, komandanın çempionata nə qədər hazır olduğunu göstərəcək"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Millinin mətbuat üçün açıq məşqindən əvvəl təcrübəli qapıçı Emin Kürdov jurnalistlərin suallarını cavablandırıb. 
Qaynarinfo Futzal Federasiyasının məbuat xidmətinə istinadən xəbər verir ki, Kürdov bunları söyləyib.
"Yanvarın 5-dən məşqlərə başlamışıq və fiziki hazırlıq üzrə çalışmalara üstünlük verilib. Yanvarın 10-dan isə rəsmi təlim-məşq toplanışındayıq. Ölkə xaricində çıxış edən oyunçularımız da həmin tarixdə komandaya qoşulub. Onlar gəldikdən sonra taktiki və texniki planda çalışmalara üstünlük verildi, standartlar üzərində işləyirik. Komandanın qarşısına qoyulan məqsəd məlumdur: 1/4 final mərhələsinə yüksəlmək. 
Ukrayna ilə iki yoldaşlıq oyunu keçirdik. Məğlub olmaq istəməzdik. Ancaq həmin matçlar xeyrimizə oldu. Səhvlərimizi gördük, indi də onlar üzərində işləyirik. Yanvarın 16-da Belçikaya yollanacağıq, ertəsi gün bu ölkənin millisi ilə qarşılaşacağıq. Bu oyun komandanın çempionata nə qədər hazır olduğunu göstərəcək”.
Səbuhi Həsənov