"Qəbələ"dən ayrılan Səlahət Ağayevin yeni klubu müəyyənləşib.
Qaynarinfo-nun məlumatına görə millimizin qapıçısı "Səbail"ə transfer olunub. Bu barədə klubun mətbuat xidməti açıqlama verib. 32 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.
Bakı klubu bununla da 4-cü transferini reallaşdırıb. Paytaxt təmsilçisi Yusif Nəbiyev, Süleyman Əhmədov və Rüfət Abdullazadəni də heyətinə qatıb.
Səbuhi Həsənov