Xəbər lenti

Millimizin rəqibini AÇ-yə buraxmadılar, təqvimdə dəyişiklik oldu
İdman07:55 05.03.2022

Millimizin rəqibini AÇ-yə buraxmadılar, təqvimdə dəyişiklik oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
19 yaşadək futzalçılardan ibarət Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək Azərbaycan millisinin yer aldığı qrupun oyunlarının təqvimində dəyişiklik edilib.
Qaynarinfonun məlumatına görə ölkəsinin hava məkanı uçuşlar üçün qapalı olduğuna görə, Belarusun müvafiq yaş qrupundan ibarət yığma komandası Xorvatiyada təşkil olunacaq mini-turnirdə iştirak etməyəcək. Nəticədə 7-ci qrupda final mərhələsinə yüksəlmək hüququ verən bir vəsiqə uğrunda 3 komanda – Azərbaycan, Xorvatiya və Latviya yığmaları mübarizə aparacaq. Komandamız ilk oyununu martın 17-də Xorvatiyadan, növbəti görüşünü isə ertəsi gün Latviyadan olan həmyaşıdlarına qarşı keçirəcək. Təqvimin dəyşməsi millinin səfər planlarına da təsir edib. U-19 əvvəlcədən planlaşdırıldığı kimi, martın 14-də deyil, bir gün sonra səfərə yollanacaq, Bakıya isə ayın 19-da dönəcək.
Azərbaycan – Xorvatiya
17 mart. Karlovac şəhəri. Mladost Arena. Saat 20:00
Latviya – Azərbaycan
18 mart. Karlovac şəhəri. Mladost Arena. Saat 20:00
Səbuhi Həsənov