Xəbər lenti

Millimizin ruslarla oyunu rumıniyalı hakimlərə tapşırıldı
İdman06:40 22.11.2021

Millimizin ruslarla oyunu rumıniyalı hakimlərə tapşırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qadınlardan ibarət millimizin dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya millisinə qarşı keçirəcək oyununun hakimləri müəyyənləşib.
 
Qaynarinfo UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 25-də "Dalğa Arena”da keçiriləcək Azərbaycan – Rusiya matçını Rumıniyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi İonela Alina Peşu olacaq. Ona Petruta Claudia İugulescu və Mihaela Elena Tepusa yardım edəcək. Dördüncü hakim funksiyasını Cristina Mariana Trandafir yerinə yetirəcək. 
Səbuhi Həsənov