Millimizin sabiq futbolçusu Ufuk Budak özünə yeni klub tapıb.
Qaynarinfo xəbər verir ki, "Boluspor”dan ayrılan müdafiəçisi TFF I liqanın digər təmsilçisi "Altınordu”ya keçib.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Ufuk yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
29 yaşlı müdafiəçi Türkiyədə daha öncə "Əskişəhərspor”, "Qazişəhər”, "Kayserispor”, "Manisaspor” və "Samsunspor” klublarında da çıxış edib.