Xəbər lenti

Millimizin sabiq futbolçusu Ermənistan klubuna keçdi
İdman10:05 05.02.2015

Millimizin sabiq futbolçusu Ermənistan klubuna keçdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının sabiq üzvü Şamil Qurbanov Ermənistan klubuna keçib. 
Qaynar.info vesti.az-a istinadən xəbər verir ki, o, İrəvanın “Uliss” komandası ilə anlaşıb.
Qurbanov Türkiyədə təlim-məşq toplanışında olan yeni komandasının düşərgəsinə qoşulub. O, Moldova təmsilçisi “Milsami” ilə keçirilən yoxlama görüşündə də iştirak edib.
Maraqlıdı ki, Azərbaycan vətəndaşlığı olsa da, milliyətcə dağıstanlı olan Qurbanovun “Uliss”ə keçidi erməniləri qorxuya salıb.
Ermənistan Yazıçılar Birliyinin rəhbəri Samvel Beqlatyan çempionata liderlik edən komandaya Azərbaycan vətəndaşlığı olan futbolçunun cəlb olunmasının əleyhinədi: “Necə yəni, o, azərbaycanlıdı? Ermənistan klubunda azərbaycanlı futbolçuya nə gərək var?”
Qaynar.info