Xəbər lenti

Millimizin sabiq futbolçusu Rusiya Premyer Liqasında (FOTO/VİDEO)
İdman15:07 15.06.2020

Millimizin sabiq futbolçusu Rusiya Premyer Liqasında (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın "Ural” klubu heyətinə yeni futbolçu qatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
"Ural" David Qarayevlə müqavilə imzalanıb. 25 yaşlı yarımmüdafiəçinin sözləşmə detalları açıqlanmayıb.    
Qeyd edək ki, David Qarayev 2013-cü ildə 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində çıxış edib (5 oyun). Onun son klubu "Kamaz” olub (39 oyun, 19 qol).
David Qarayev əvvəllər Rusiyanın "Qubkin", "SKA-Energiya" (Xabarovsk), "TSK Simferopol", "Nefteximik", "Torpedo" (Armavir), "Spartak" (Vladiqafqaz), SKA (Rostov-on-Don), "Ximki" və "Olimp" (Ximki" klublarında çıxış edib.