
Almaniyalı model Cina-Liza Lohfinkin onu zorlamaqda ittiham etdiyi Azərbaycan yığmasının sabiq futbolçusu Pərdis Fərcad-Azadın cəzası bəlli olub.
Qaynarinfo.az xəbər verir ki, Bakının "İnter” klubunun yeni transferi canını cərimə ilə qurtarıb.
Belə ki, Berlin məhkəməsi 4 illik araşdırmadan sonra Lohfinkin iddiasının əsassız olduğuna qərar verib. Tanınmış modelin Pərdis və Sebastian adlı digər şəxslə öz istəyi ilə cinsi əlaqədə olduğu, qarşı tərəflərin onu buna məcbur etmədiyi məhkəmə hökmündə təsdiqini tapıb.
Lakin bu, "Sumqayıt”ın keçmiş hücumçusunun cəzadan qaçması üçün yetərli olmayıb. Məhkəmə həm Pərdis Fərcad-Azadı, həm də Sebastianı 1500 dollar məbləğində cərimələyib. Buna səbəb kimi isə onların Lohfinklə seks prosesini videoya çəkmələri və onu internetdə yaymaları göstərilib.
Ən sərt cəriməyə isə Cina-Liza Lohfinkin özü məruz qalıb. Məhkəmə tanınmış modeli yalan danışdığına və qarşı tərəfə şər atıb, onları təcavüzdə günahlandırdığına görə 27 min dollar cərimələyib.
Qaynarinfo.az