Xəbər lenti

Millimizin sabiq futbolçusu "Sumqayıt"da çalışacaq
İdman10:07 27.06.2022

Millimizin sabiq futbolçusu "Sumqayıt"da çalışacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sumqayıt”ın əsas komandasının məşqçilər korpusunda yeni təyinat baş tutub.
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 2016-2020-ci illərdə futbolçu kimi Sumqayıt təmsilçisinin formasını geyinmiş Rail Məlikov Aleksey Baqanın köməkçisi vəzifəsini icra edəcək.
Komandamızda keçirdiyi 4 mövsümdə ümumilikdə 73 oyuna çıxan Məlikov futbolçu karyerasında "Sumqayıt”la yanaşı "Bakı”, "Neftçi”, "Denizlispor”, "Qəbələ”, AZAL və "Şamaxı” klublarının uğurları üçün çalışıb.
Məlikov məşqçi kimi ötən mövsüm "Şamaxı-2” ilə I Divizionun gümüş medallarına yiyələnib.
Səbuhi Həsənov