İdman 09:52 27.07.2022

Millimizin sabiq müdafiəçisi Polşa klubunda

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq müdafiəçisi Ricat Qarayev karyerasını Polşada davam etdirəcək.

Qaynarinfo xəbər verir ki, 23 yaşlı sağ cinah müdafiəçisi "Şeçinek” klubuna transfer olunub. Qarayev yeni mövsümdən adıçəkilən komandanın heyətində Polşanın IV liqasında mübarizə aparacaq.

Qeyd edək ki, Ricat Qarayev ölkəmizdə "Şamaxı”, "Sumqayıt”, "Sabah” və "Neftçi”də çıxış edib.