Xəbər lenti

Millimizin sabiq üzvü karyerasını bitirib "Qəbələ"də məşqçi oldu
İdman13:02 17.07.2021

Millimizin sabiq üzvü karyerasını bitirib "Qəbələ"də məşqçi oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qəbələ”də yeni məşqçi təyinatı gerçəkləşib. 
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən mövsüm futbolçu kimi "qırmızı-qaralar”ın heyətində olan Rasim Ramaldanov məşqçi təyin edilib. Karyerasını başa vuran 35 yaşlı müdafiəçi Elmar Baxşıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb.
2016/17 mövsümündə "Qəbələ”də debüt edən müdafiəçi "qırmızı-qara” formada 39 oyun keçirib, 1 qol vurub. O, çempionatda 32 (1 qol), kubokda 4, UEFA Avropa Liqasında 3 görüşdə iştirak edib.
Ramaldanov "Qəbələ”yə qədər "Simurq”, "Sumqayıt”, "Xəzər Lənkəran”, Gürcüstanda "Kolxeti” klublarının formasını geyinib. O, Azərbaycan millisində 16 görüş keçirib.