
21 yaşadək millimizin sabiq futbolçusu Timur Təməltaş İzmirin "Altınordu" klubundan ayrılıb.
Qaynarinfo.az xəbər verir ki, bu haqda Türkiyə I dəstə təmsilçisinin rəsmi saytı xəbər yayıb. "Altınordu" 3 mövsümdür ki, çıxış edən Təməltaşdan başqa, Tolqahan Acarla da yollarını ayırdıqlarını bildirib
Əldə etdiyimiz məlumata görə, Timurun "Altınordu" ilə hələ 2 illik müqaviləsi varmış. Lakin o, baş məşqçi Hüseyin Əroğlu ilə müəyyən məsələlərdə yola getmədiyi üçün ayrılmaq istəyib. Onun Bakı klublarından birinə keçəcəyi gözlənilir. Həmçinin Təməltaşın Türkiyənin I dəstəsindən "Balıkəsirspor", "Ümraniyəspor" və "Bandırmaspor"da oynamaq variantları da var. Bu barədə "Habertürk" xəbər yayıb.
Qeyd edək ki, mərkəz yarımmüdafiəçisi olan Timur Təməltaş "Altınordu"dan ayrılsa da, bu komandada millimizin digər Almaniya doğumlu futbolçusu çıxış edə bilər. Belə ki, İzmir klubu Düsseldorfun "Fortuna" klubundan ayrılmış Toğrul Erata dəvət göndərib. "Duysburq"dan təklif alan Erat isə düşünmək üçün vaxt istəyib.
Qaynarinfo.az