Xəbər lenti

Millimizin sabiq üzvü: "Xorvatlar Yurçeviçin xətrinə dəymədilər"
İdman13:12 10.09.2019

Millimizin sabiq üzvü: "Xorvatlar Yurçeviçin xətrinə dəymədilər"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Xorvatiya gedib Slovakiyaya 4 top vurur, slovaklar bizə 5 qol vurur... Məncə, xorvatlar Yurçeviçin xətrinə dəymədilər. İstədilər ki, bir xorvatın xətrinə dəyməsinlər". 
Qaynarinfo xəbər verir ki, bu sözləri Sport7.az-a millimizin sabiq futbolçusu Mahir Şükürov Azərbaycan yığmasının AÇ-2020-in seçmə oyunları çərçivəsində Xorvatiya ilə heç-heçə etdiyi oyun barədə açıqlamasında bildirib. 
Veteran futbolçu rəqib komandanın meydanda oyun göstərmədiklərini deyib: "Uşaqlar dünən əziyyət çəkdilər, pis oynamadılar. Bizim heyətdən 3 nəfəri fərqləndirərdim: Emil Balayev, Qara Qarayev və Təmkin Xəlilzadə.  Ancaq yenə də Xorvatiya Xorvatiyadır da. Açıq-aydın görsənirdi ki, xorvatlar meydanda oynamadılar". 
Qeyd edək ki, bu heç-heçə Azərbaycan millisi qrupda ilk xalını qazanıb.