Xəbər lenti

İdman 15:53 17.09.2022

Millimizin üzvləri heyətdən çıxarıldı - bu səbəbə görə

Sentyabrın 19-da və 20-də Aktau şəhərində Qazaxıstan yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Azərbaycan Futzal Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə, Qazaxıstanın "Bayterek” klubunda çıxış edən Hadi Ahmadi və Amir Şojaei heyətdən çıxarılıb.

Buna səbəb hər iki oyunçuya Qazaxıstanda müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı klub tərəfindən edilən müraciətin müddətinin tamam olmaması və onların bununla əlaqədar hazırda yaşadıqları Uralsk şəhərini tərk edə bilməməsidir.

Əvəzində "Araz-Naxçıvan”dan Fərid Ələkbərov heyətə dəvət olunub.

Artıq Aktau şəhərində məskunlaşan yığma bu gün Bakı vaxtı ilə saat 16:30-da ilk məşqinə çıxacaq. Komandanın heyətində bu futzalçılar yer alıb: Rövşən Hüseynli, Ramiz Çovdarov, Felipinyo, Xəzər Ağalızadə, Fərid Ələkbərov, Oktay Rüstəmli (hamısı "Araz-Naxçıvan”), Emin Kürdov, Nurlan Mehdizadə (hər ikisi "Neftçi” İK), Eduardo Borges (Halle-Gooik, Belçika), Rafael Vilela (Kayrat, Qazaxıstan), Everton Kardosa (Bintang Timur, İndoneziya), Cezar De Angelis Zhonatan (Kaspiy, Qazaxıstan)
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->