
Mütəmadi olaraq müxtəlif yaş qruplarından ibarət Azərbaycan yığma komandalarına dəvət alan Orxan Əliyev əməliyyat olunub.
Qaynar.info affa.az-a istinadən xəbər verir ki, əməliyyat ön bağ yaralanması diaqnozu ilə Almaniyada keçirilib.
Qeyd edək ki, təxminən 10 gündən sonra klinikada Orxan Əliyevin zədəsinin reabilitasiyasına başlanacaq. Tam müalicə kursu 6 ay davam edəcək. Bütün müalicə xərcləri AFFA tərəfindən ödəniləcək.
Qaynar.info