Xəbər lenti

İdman 14:44 24.10.2022

Millimizin üzvü Rumıniya Superkubokunu qazandı

Azərbaycan millisinin voleybolçusu Yelizaveta Ruban Rumıniya Superkubokunu qazanıb.
 
Qaynarnfo xəbər verir ki, o, bu uğura şərəfini qoruduğu "CSM Lugoj" komandasında imza atıb.
 
Final matçında "CSO Voluntari" klubu ilə üz-üzə gələn "CSM Lugoj" quru hesablı 3:0 (25:21, 25:23, 25:22) qələbə qazanıb. Bununla da voleybolçumuzun komandası Rumıniya Superkubokuna sahib çıxıb. 
 
Bu, "CSM Lugoj"un qazandığı ilk kubokdur. 
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->