Xəbər lenti

Millimizin üzvü Şotlandiya klubunda
İdman12:39 01.05.2014

Millimizin üzvü Şotlandiya klubunda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Cem Fələk karyerasını Şotlandiyada davam etdirə bilər. 

Fanat.az xəbər verir ki, 18 yaşlı hücumçu “Aberdin” klubunda baxışdan keçir.

Cem artıq bir oyunda meydana çıxıb. Baş məşqçi Derek Makinnes onu "Kove Reyncers"lə yoxlama oyununda meydana buraxıb. Qarşılaşma 5:5 hesabı ilə başa çatıb. Çalışdırıcı bildirib ki, həm Cem, həm də baxışda olan digər futbolçu - Coy Qroenbastla bağlı baxışdan sonra qərar verəcək. Makinnesin sözlərinə görə, Felek bu yay mövsümündə “Aberdin”in gənclər komandasının heyətinə düşməyə iki ən real namizəddən biridi.

Qeyd edək ki, 2009-cu ildə “Xəzər Lənkəran”la da müqavilə imzalayan Fələk Almaniyanın “Ayntraxt” və “Bohum” klublarının aşağı yaş komandalarında çıxış edib.

Qaynar.info