Xəbər lenti

Millimizin üzvünü kredit borcuna görə Kolumbiyaya buraxmadılar
İdman16:59 12.09.2016

Millimizin üzvünü kredit borcuna görə Kolumbiyaya buraxmadılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kolumbiyada təşkil olunan dünya çempionatında bu gecə ilk oyununa çıxacaq futzal üzrə Azərbaycan yığması mundiala tam heyətlə yollana bilməyib. Azerisport.az xəbər verir ki, millimizin 14 nəfərlik yekun heyətində yer alan qapıçı Elnur Zamanovu Azərbaycanı tərk etməyə qoymayıblar.

Buna səbəb onun banka olan kredit borcudur. Millimizin ehtiyat qapıçısı Bakıda qalmalı olub.

Qeyd edək ki, millimiz bu gün DÇ-2016-nın qrup mərhələsindəki ilk oyununda Mərakeşlə qarşılaşacaq. Oyun gecə saat 3:00-da start götürəcək.

Qaynarinfo.Az