Azərbaycan millisinin futbolçusu Sona Rəhimovanın yeni klubu müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, xanım futbolçumuz bundan sonra "Kayseri Genclerbirliyi"nin formasını geyinəcək. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi ilə müqavilənin detalları açıqlanmayıb. O, artıq yeni komandası ilə məşqlərə start verib.
Rəhimova daha əvvəl "Kayserispor"un şərəfini qoruyurdu.
Səbuhi Həsənov