Xəbər lenti

Millimizin yeni baş məşqçisi Azərbaycana gəlir
İdman15:36 29.07.2020

Millimizin yeni baş məşqçisi Azərbaycana gəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Canni De Byazinin ölkəmizə nə vaxt gələcəyi dəqiqləşib.
Qaynarinfo xəbər verir ki, italiyalı mütəxəssisin avqustun 5-də Bakıya gələcəyi gözlənilir. De Byazi AFFA rəhbərliyi ilə görüşəcək, bir sıra müzakirələr aparacaq.
Sonrakı günlərdə Qəbələdə Azərbaycan Premyer Liqası klublarının yeni mövsüm üçün hazırlığının izlənilməsi, futbolçularla yerində tanışlıq, həmçinin həmkarlarla toplantının keçirilməsi nəzərdə tutulur.