Noyabrın 16-da Kişinyov şəhərindəki "Zimbru” stadionunda keçiriləcək Moldova - Azərbaycan beynəlxalq yoldaşlıq oyununun hakimləri müəyyənləşib.
Qaynarinfo-nun məlumatına görə Bakı vaxtı ilə saat 21:00-da başlayacaq qarşılaşmanı Ukraynadan olan hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanın baş hakimi Denis Şurman olacaq. Ona Aleksandr Jukov, Viktor Nijnik yardım edəcək. Dördüncü hakim funksiyasını isə moldovalı Roman Jitari yerinə yetirəcək.
Qarşılşama "CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.
Səbuhi Həsənov