Xəbər lenti

Millinin baş məşqçisi istefa verdi
İdman07:29 09.09.2013

Millinin baş məşqçisi istefa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Almaniya və İsveçrədə qadın voleybolçular arasında keçirilən Avropa çempionatında keçirdiyi hər 3 oyunda uduzan Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev istefa verib.

Apasport.az saytının xəbərinə görə, bu barədə Türkiyə mətbuatı yazıb.

Xorvatiyaya məğlubiyyətdən sonra səhhətində yaranmış problemi əsas gətirərək, komandanı köməkçisi Aleksandr Çervyakova həvalə edən 54 yaşlı mütəxəssis Belarus və Rusiyaya da uduzduqları üçün istefa qərarını verib. Onun millidə qalıb-qalmayacağı komanda Bakıya döndükdən sonra bilinəcək.

Qarayevin yerinə “Azəryol”un braziliyalı çalışdırıcısı Ancelo Vercesinin gətiriləcəyi istisna edilmir.

Qeyd edək ki, Faiq Qarayevin millidə ən yaxşı nəticəsi 2005-ci ildə Avropa çempionatında 4-cü olmasıdır.

Qaynar.info