Xəbər lenti

Millinin baş məşqçisindən siqaret qadağası
İdman14:30 09.09.2016

Millinin baş məşqçisindən siqaret qadağası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Belçika yığmasının yeni baş məşqçisi Roberto Martines nizam-intizam qaydalarına ciddi riayət olunmasını istəyir.

Qaynarinfo.az xəbər verir ki, Martines bu məqsədlə bir sıra qadağalar tətbiq edib. Bundan sonra yığmanın məşqinə gecikən hər bir futbolçu 1000 avro cərimə ödəməli olacaq.

Yığma üzvlərinə siqaret çəkmək də qadağan olunub. Baş məşqçinin bu qadağasının əsasən “Roma”nın yarımmüdafiəçisi Raci Nainqqolana problem yaradacağı bildirilir. Bu futbolçu siqaretə aludəçiliyi ilə seçilir.

Qeyd edək ki, yığmanın əvvəlki baş məşqçisi Mark Vilmots futbolçuların siqaret çəkməsinə sakit münasibət bəsləyirdi.

Qaynarinfo.Az