
Oktyabrın 10-da İtaliya yığması ilə qarşılaşacaq Azərbaycan yığmasının heyətində daha bir itki var.
Qaynar.info-nun AFFA-ya istinadən verdiyi məlumata görə, "Qəbələ” klubunun üzvü Ruslan Əmircanov zədəli olduğu üçün Azərbaycan milli komandasının oktyabrın 14-dək davam edəcək təlim-məşq toplanışında iştirak etməyəcək.
Xatırladaq ki, millimiz Avro-2016-nın seçmə mərhələsində oktyabrın 10-da İtaliya, 3 gün sonra isə Xorvatiya yığması ilə qarşılaşacaq.
Qaynar.info