Xəbər lenti

Millinin növbəti sınağı
İdman08:36 26.03.2013

Millinin növbəti sınağı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün futbol üzrə milli komandamız DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq. 

Fanat.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmam doğma divarlar arasında Portuqaliya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, bu, komandamızın cari seçmə mərhələdəki altıncı oyunudu. Foqtsun yetirmələri ötən ilə təsadüf edən ilk dörd oyunda öncə Bakıda İsraillə 1:1 hesablı heç-heçəyə razılaşmış, ardından səfərdə Portuqaliya (0:3) və Rusiyaya (0:1) məğlub olmuşdu. 2012-ci ilə təsadüf edən son rəsmi görüşdə isə Şimali İrlandiya ilə səfər heç-heçəsinə (1:1) nail olmuşduq. Elə 2013-cü ildəki ilk rəsmi oyunumuzda – Lüksemburqla səfər oyununda da heç-heçə (0:0) qeydə alındı. Göründüyü kimi, yığmamız bu oyunda ilk qələbəsini rəsmiləşdirə bilərdi. Bu, nə qədər müşkül görünsə də, hər halda mümkünsüz də sayılmamalıdı. Portuqaliya ilə hətta heç-heçə də edə bilsək, bu, bir uğur sayıla bilər.

Qaynar.info