İdman 14:27 25.11.2022

Millinin sabiq futbolçusu 6 aydan sonra vəzifəsindən qovuldu

Niderlandın ikinci liqasında çıxış edən "ADO Den Haaq"ın baş məşqçisi Dirk Kuyt istefaya göndərilib.

Qaynarindo xəbər verir ki, məşqçinin klubdakı işi qısamüddətli olub. Niderland təmsilçisi iyunda baş məşqçi vəzifəsinə dəvət etdiyi 42 yaşlı keçmiş futbolçu ilə vidalaşıb. İlk məşqçi işi cəmi 176 gün davam edən Kuyt komandasının sükanı arxasında 16 oyun keçirib. Bu müddətdə cəmi dörd qələbə qazanan komanda liqada 17-ci yeri tutub.

Keçən ilin mayında Erediviziyaya yüksəlmək uğrunda mübarizə aparan "ADO Den Haaq" pley-off mərhələsində penaltilər seriyasında "Ekselsior"a məğlub olub.
 
Səbuhi Həsənov