Xəbər lenti

Millinin sabiq üzvü öldürüldü
İdman08:24 17.02.2022

Millinin sabiq üzvü öldürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Zimbabve millisinin keçmiş futbolçusu Çarlz Yohan avtomobil oğruları tərəfindən öldürülüb.
Qaynarinfo xəbər verir ki, 48 yaşlı veteran futbolçunun taksi sürərkən hücuma məruz qaldığı bildirilib.
Cənubi Afrikanın aparıcı komandalarından olan "Bidvest Vits"də 9 mövsüm keçirən və klub tarixində ən çox forma geyinən futbolçu avtomobil oğrularının hücumuna məruz qalıb. Silahlı hücumdan sonra yaralanan Yohanı xilas etmək mümkün olmayıb.
23 dəfə Zimbabve millisinin formasını geyinən veteran futbolçu daha sonra "Bilvest Vits"də məşqçi kimi çalışıb. 2020-ci ildən işsiz olan Yohan çörəkpulu qazanmaq üçün taksi sürücüsü kimi fəaliyyət göstərirdi.
Səbuhi Həsənov