Xəbər lenti

Millinin yeni baş məşqçisi müəyyənləşdi
İdman09:01 17.05.2022

Millinin yeni baş məşqçisi müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nigeriya millisinin yeni baş məşqçisi müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, bu haqda Nigeriya Futbol Federasiyası məlumat yayıb. Federasiya rəhbərliyi 2023-cü il Afrika Millətlər Kubokunun seçmə mərhələsinin başlamasına iki həftə qalmış komanda portuqaliyalı Xose Peseyroya tapşırılıb.
"Porto" və "Sportinq" komandalarının keçmiş baş məşqçisi keçən il təklif olunsa da maliyyə şərtlərinə görə danışıqlar təxirə salınmışdı.
Ötən ilin avqust ayına qədər Venesuela millisinə rəhbərlik edən 62 yaşlı mütəxəssisin komandası Millətlər Kubokunun seçmə mərhələsinin startı ərəfəsində Meksika (28 may) və Ekvadorla (2 iyun) yoldaşlıq görüşləri keçirəcək.
Nigeriya Kamerunda keçirilən qitə finalının ikinci mərhələsinə yüksəldi, lakin bu il Qətərdə keçiriləcək Dünya Çempionatının üçüncü təsnifat mərhələsində mart ayında Qana tərəfindən səfər qollarına görə təəccüblü şəkildə məğlub oldu.
Peseyro sonuncu uğursuzluqdan sonra istefaya göndərilən Auqustin Equavoeni əvəzləyib.
Səbuhi Həsənov