Xəbər lenti

Millinin yeni baş məşqçisinin adı açıqlandı
İdman08:02 19.08.2023

Millinin yeni baş məşqçisinin adı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İtaliya Futbol Federasiyası millinin yeni baş məşqçisinin adını açıqlayıb.
Qaynarinfo-nun məlumatına görə, sözügedən postu tərk etmiş Roberto Mançininin yerinə Luçano Spallettinin gətirildiyi bildirilib. İtalyan məşqçi ilə üçillik müqavilə imzalanıb. Spaletti sentyabrın 1-dən yeni işinin icrasına başlayacaq. 
Federasiyanın prezidenti Qabriele Qravina açıqlamasında, "Milli komandanın böyük menecerə ehtiyacı var idi və mən şadam ki, o, məşqçi postunu qəbul etdi. Onun həvəsi və təcrübəsi önümüzdəki aylarda İtaliya üçün qarşıda duran problemləri yoluna qoymağa kömək edəcək" - ifadələrini işlədib.
Səbuhi Həsənov