Xəbər lenti

Milyonların izlədiyi "Arka sokaklar"ın ulduzu Azərbaycan kinosunda
Ölkə08:00 11.04.2017

Milyonların izlədiyi "Arka sokaklar"ın ulduzu Azərbaycan kinosunda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Film "Yanlış Anlama" adlanır.

Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər haqqında film çəkiləcək. İstiPress-in "Milliyət"ə istinadla verdiyi məlumata görə, iki ölkə arasındakı isti münasibətlərin komik bir hekayəsi mavi ekrana çıxacaq.

"Yanlış Anlama" adlanacaq filmin yaradıcı heyətində Şevket Çoruh (Türkiyənin ən uzun müddətli və məşhur serialı olan "Arka Sokaklar"ın Məsut komissarı), Hakan Bilgin, Sennur Nogaylar, İlhan Daner, Bahadır Efe, Duygu Karaca, Pelin Sönmez kimi məşhurlarla yanaşı, azərbaycanlı tanınmışlar da var. Zəngin heyətə aktyor və aparıcı İlker Ayrık da rəng qatacaq. 

Çəkilişlər Balat bölgəsində həyata keçiriləcək.

Ulaş Cihan Şimşekin rejissorluğunu etdiyi "Yanlış Anlama" filmi oktyabr ayında Azərbaycan və Türkiyədə təqdim ediləcək.

Qaynar.Az