Xəbər lenti

Milyonlarla insan WhatsApp-dan istifadə edə bilməyəcək
Texnologiya07:07 10.12.2019

Milyonlarla insan WhatsApp-dan istifadə edə bilməyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Windows Phone" istifadəçiləri və Android və iOS-un köhnə versiyaları artıq WhatsApp-dan istifadə edə bilməyəcəklər.
Qaynarinfo xəbər verir ki, bu haqda Daily Mail qəzeti yazıb. Məlumata görə, WhatsApp-ın mesajlaşma xidməti "Windows Phone"larda bu ilin 31 dekabrından, Android 2.3.7 və iOS 8-dən daha köhnə versiyalarda isə gələn ilin fevralın 1-dən dayandırılacaq. Nəticədə milyonlarla istifadəçi mesajlaşma imkanını itirəcək. Şirkətdən qeyd edilib ki, bu məhdudiyyətlər tətbiqin gələcəkdə genişləndirilməsinin mümkünsüzlüyü ilə əlaqədardır.
Camal