Xəbər lenti

Min bir dərdin dərmanı olan bu tərəvəzi ölkədə yetişdirməyə kim imkan vermir?
Ekonomiks07:40 14.11.2022

Min bir dərdin dərmanı olan bu tərəvəzi ölkədə yetişdirməyə kim imkan vermir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bəzi işbazlar min bir dərdin dərmanı olan brokolinin Azərbaycanda yetişdirilməsinə mane olur.
Bunu Qaynarinfo-ya açıqlamasında fermer Anar Abbasov deyib. Onun sözlərinə görə, brokoli Azərbaycanda əkilib-becərilsə, bu onun satış qiymətinə təsir göstərəcək:
"Brokoli bütün restoron şəbəkələrində müəyyən salatlarda istifadə olunur. Dadı qeyri-adidir, gül kələmi kimi deyil, tayı-bərabəri yoxdur. Problem bunu Azərbaycan gətirən işbazlardadır. Bu biz fermerlərin ən yaralı yeridir. Fermerlər onu bəzəkli bağlamalarda gətirib, marketlər şəbəkələrinə kilosunu 6 manata təklif edir. Mən isə onun 1 kilosunu 70 qəpiyə sata bilmədim. Axırda vəziyyət elə gəlib çıxdı ki, onu heyvanlara verdim. Heyvan onu yeyəndə ürəyim ağrıyırdı”.  
Anar Abbasov deyir ki, brokolini Azərbaycanda becərib, yetişdirə biləcəyini təklif edib:
"Normalda bunun çəkisi 500-600 qramdır. Onun çəkisini qaldırmaq çox çətindir. Amma mən onun əkdim, açıq havada birinin çəkisini 1 kilo 700 qrama qədər artırdım. Toxum gətirən şirkət bundan xəbər tutdu və gəlib araşdırdılar. Torpaq o qədər münbitdir ki, Azərbaycanda istəlinən məhsulu yetişdirmək olar”.
Bahar Rüstəmli