Xəbər lenti

Mingəçevirdə açıq məlumatların əldə olunmasına dair təlimlər başladı - FOTOLAR
Ölkə13:13 12.03.2017

Mingəçevirdə açıq məlumatların əldə olunmasına dair təlimlər başladı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mingəçevir şəhərində “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində açıq məlumatlara dair  növbəti təlim baş tutub.
"Qaynar" xəbər verir ki, martın 10-da başlayan təlim bu gün yekunlaşıb. Təlimdə media nümayəndələri ilə yanaşı, bir neçə Qeyri-Hökumət Təşkilatının rəhbər şəxsləri də iştirak edib.
Belarusdan olan təlimatçı Aleksey Leonçikin rəhbərliyi altında baş tutan təlimdə iştirakçılara açıq məlumatların əldə olunmasına dair yeni bilgilər verilib. Həmçinin 3 günlük təlim müddətində iştirakçılar infoqram, "taymlayn"ların (time line) necə yaradılması qaydalarını öyrəniblər.
Mingəçevir Valideynlər Assosiasiyasının (MVA) və layihənin rəhbəri Fərman Nəbiyev Mingəçevir Media Mərkəzində təlimlərin davam edəcəyini bildirib: “İkinci qrupda təlim martın 17-dən 19-dək  keçiriləcək. Təlimlər Azərbaycanın KİV, QHT və dövlət müəssisələri nümayəndələri üçün nəzərdə tutulub. Məqsəd bu 3 qrup nümayəndələrinə açıq məlumatların geniş mahiyyətini başa salmaq, əhali ilə birgə fəaliyyət zamanı  jurnalistlərə, fəallara və  dövlət qulluqçularına necə kömək edəcəklərini öyrətməkdir”.
Qeyd edək ki, təlimlər BMT-nin İnkişaf Proqramı çərçivəsində MVA, Çexiyanın “Tranzişns” (Transitions) və Polşanın “Linkinq Media” təşkilatları tərəfindən həyata keçirilir. Təlimləri  Avropa İttifaqı maliyyələşdirir.
2017-ci il martın 13-dən 16-dək Mingəçevir, Yevlax, Bərdə, Oğuz, Şəki, Ağdaş və Göyçay şəhərlərində icra, təhsil, səhiyyə, mədəniyyət  və statistika işçiləri üçün nəzərdə tutulan  məsləhət görüşlərində isə təşkilatlara yerli və beynəlxalq səviyyədə açıq məlumatlarla tanışlıq, mümkün layihələrə dair beyin həmləsi etmək və münasib layihə üzrə biznes planı hazırlamaq şansı yaradılacaq.  
Təlimlərə seçim müsabiqə yolu ilə aparılıb. 70-dək şəxs müraciət etsə də, onlardan yalnız 30-u iştirak hüququ qazanıb. Bir qrup isə  may ayında Bosniya-Herseqovinanın Sarayevo, iyulda isə Çexiyanın Praqa şəhərində MVA/LM/Tranzitions təşkilatlarının təşkil edəcəkləri təlimlərə də qatılacaqlar.
Səbuhi Musayev
Qaynar.Az