Mingəçevirdə fəaliyyət göstərən "5+ Supermarketlər şəbəkəsi” açıldığı gündən "Adımız xidmətimizdir” devizi altında müştərilərə xidmət göstərir. Mingəçevirlilərin və şəhər qonaqlarının rəğbətini qazanmış "5+ Supermarketlər şəbəkəsi” dəyərli müştəriləri üçün bol uduşlu "Möhtəşəm 100 Gün” Kompaniyasını həyata keçirib. Mingəçevirdə ilk dəfə həyata keçirilən bu kampaniyanın bitməsi ilə bağlı tədbir 9 aprel 2017-ci ildə baş tutub.
Tədbirin açılışında aprel döyüşlərində həlak olan və bütün şəhidlərimiz bir dəqiqəlik sükutla anılıb və onların ailələrinə hədiyyələr təqdim olunub.
Minlərlə şəhər sakininin qatıldığı tədbirdə demək olar ki, hər kəs hədiyyə ilə ayrılıb.
Sonda kampaniyanın ən dəyərli hədiyyəsi olan "VESTA” markalı avtomobili Yevlax sakini Hacıyev Vüqara qismət olub.
Qaynar.Az




