
Ötən gün Mingəçevir Dövlət Dram Teatrının aktyoru, təşkilatçi İbrahim Türksoyun başçılığı, RealTv.az informasiya agentliyinin, "İdeal Gənclər" İctimai Birliyinin və "Çinar" restoran şəbəkəsinin dəstəyi ilə Mingəçevir "Nevroloji" sanatoriyasında xeyriyyə tədbiri keçirilib.
Tədbir iştirakçıları hədiyyə olaraq müxtəlif geyim əşyaları, gündəlik təlabat malları, maraqlı aksesuarlar təqdim ediblər. Həmçinin uşaqlara maraqlı animasiya filmlərinə baxmaq imkanını da yaradıblar.
Təşkilatçı İbrahim Türksoy "Nevroloji" sanatoriyanın gələcəkdə lazımı avadanlıqlarla təmin olunması, həmçinin orada istilik sisteminin yaradılması barədə planlarının olduğunu qeyd edib.
Görüş 2 saata yaxın davam edib. Bu tədbirə könüllü olaraq bir neçə aktyor da qoşulub. Bunlardan Ə.Qurbanova, G.Əhmədova, A.Muxtarov, R.Əzimzadəni qeyd etmək olar. Eyni zamanda video operator R. Piriyev də öz dəstəyini göstərib.
Təşkilatçı çıxışı zamanı bir sıra məqamlara toxunub və o, imkanlı şəxslərin də belə xeyriyyə tədbirlərinə qoşulmasını tövsiyyə edib. Sonda İ.Türksoy "ACLARIN DƏRDİNİ ACLAR BİLƏR" deyərək hər bir vətəndaşa insanlıq hisslərini unutmamaq ismarıcını yollayıb.
Qaynar.info



