Xəbər lenti

Mini dünya çempionatının püşkü Yelena İsinbayevaya tapşırıldı
İdman13:52 16.11.2016

Mini dünya çempionatının püşkü Yelena İsinbayevaya tapşırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Noyabrın 26-da Tatarıstanın paytaxtı Kazanda Konfederasiyalar Kubokunun püşkü atılacaq.

Qaynarinfo.Az xəbər verir ki, püşkü kimlərin çəkəcəyinə də aydınlıq gəlib. 

5 dəfə Rusiya çempionu olmuş, Rusiya millisinin sabiq kapitanı Sergey Semak və şüvüllə tullanmaq üzrə 2 dəfə Olimpiya çempionu olmuş sabiq atlet Yelena İsinbayeva püşkü çəkəcəklər. Onlar FİFA Baş katibinin müavini Zvonimir Bobana kömək edəcəklər.

Qeyd edək ki, "mini dünya çempionatı" da adlandırılan Konfederasiyalar Kubokunun 8 iştirakçısından 7-nin adı bəllidir. Bunlar Rusiya (meydan sahibi), Almaniya (dünya çempionu), Avstraliya (Asiya çempionu), Çili (Amerika Kubokunun qalibi), Meksika (KONKAKAF Qızıl Kubokunun qalibi), Yeni Zelandiya (OFK Millətlər Kubokunun qalibi) və Portuqaliyadır (Avropa çempionu). Son iştirakçının adına isə fevralın 5-də Afrika Millətlər Kubokunun finalında aydınlıq gələcək.

Xatırladaq ki, 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyan Konfederasiyalar Kuboku iyunun 17-dən iyulun 2-dək baş tutacaq.

Qaynarinfo.Az