Çexiya millisi Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında yer aldığı qrupu lider tamamlayıb.
Qaynarinfo-nun məlumatına görə, III turda Gürcüstan ilə qarşılaşan çexlər 2:2 hesablı heç-heçəyə razılaşıb.
Hər iki kollektiv G qrupunda 7 xala malik olsalar da, əlavə göstəricələ görə üstün sayılan Çexiya seçməsi qrupu birinci bitirib.
Hər iki kollektiv növbəti mərhələyə adlayıb.
3 xala malik Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) komandası və 0 xalla Argentina mübarizəni dayandırıb.
Şərhlər