Xəbər lenti

"Minsk-2019": Azərbaycanlı Gürcüstana gümüş medal qazandırdı
İdman15:05 30.06.2019

"Minsk-2019": Azərbaycanlı Gürcüstana gümüş medal qazandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanı II Avropa Oyunlarında təmsil edən azərbaycanlı boksçu Sahil Allahverdiyev gümüş medal qazanıb.
Qaynarinfo xəbər verir ki, 49 kiloqrama qədər çəki dərəcəsində mübarizə aparan həmyerlimiz finalda Ermənistandan olan boksçu Artur Ovanesyana məğlub olaraq (1:4) ikinciliklə kifayətlənib. 
Qeyd edək ki, Gürcüstan millisi "Minsk-2019"da 29 medal qazanıb. Aktivində 6 qızıl, 10 gümüş və 14 bürünc olan qonşularımız medal sıralamasında 6-cı yeri tutur.