MDB Ölkələri Oyunlarının açılış mərasiminin keçirildiyi Minsk Arenada yarışların məşəli alovlandırılıb.
Qaynarinfo xəbər verir ki, prosesi bədii gimnastika üzrə dünya çempionatının üçqat bürünc mükafatçısı Anastasiya Salos, sambo üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş Yuri Rıbak, gimnast Aleksandra Zuboviç icra ediblər.
Xatırladaq ki, II MDB Ölkələri Oyunları avqustun 4-dən 14-dək Belarusun 11 şəhərində 20 idman növü üzrə keçirilir. Yarışlarda Rusiya, Belarus, Ermənistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, eləcə də yarışa qonaq qismində dəvət olunmuş daha 13 ölkədən 2000-dən çox idmançı iştirak edir.
Şərhlər