Rusiyanın Ukraynanın şərqindəki Donbasda hərbi əməliyyata başlaması və daha sonra ölkə ərazisinə daxil olmasından sonra gərginlik artır.
Qaynarinfo xəbər verir ki, daha əvvəl "Qalatasaray” və "Beşiktaş”da çalışmış, hazırda Kiyev "Dinamo"suna rəhbərlik edən Mirça Luçesku müharibəyə sərt reaksiya verib:
"Oyunçular özləri və ailələri üçün qorxurlar. Bizdə əcnəbi çox deyil. Təbii ki, əcnəbi futbolçuları çox olan komandalar üçün pis vəziyyətdir. Səfirliklər onların getməsini istəyir. Belarus və ruslar arasında dostlarım var. Ukraynadakı bütün idman təşkilatları 30 gün müddətinə fəaliyyətini dayandırıb. Mən qorxaq deyiləm və Kiyevdən çıxıb Rumıniyaya qayıtmayacağam. Ümid edirəm ki, bu beyinsiz insanlar müharibəni dayandıracaqlar. Bunun baş verə biləcəyini heç düşünmürdüm”.