"Şaxtyor" (Donetsk) klubunun baş məşqçisi Mirça Luçesku haqqında gözlənilməz ittihamlar səslənib.
Ukrayna milli komandasının sabiq futbolçusu Viktor Leonenko 2004-cü ildən indiyə kimi hazırkı klubunu çalışdıran və ümumilikdə 17 kubok qazanan rumıniyalı mütəxəssisin buradakı uğurlarını düzgün yolla əldə etmədiyini söyləyib:
"Yəqin ki, hər kəs onun bu qədər kuboku necə qazandığını təxmin edə bilir. Bir kluba hakimlər doğru-düzgün sarı və qırmızı vərəqə göstərmirsə, deməli, burada yolunda getməyən bir şeylər var."
Qeyd edə ki, Luçesku "Şaxtyor"a indiyə kimi 7 ölkə çempionluğu, 1 UEFA Kuboku və ümumilikdə 17 kubok qazandırıb.
Qaynar.info