Xəbər lenti

Mirşahindən Sərdar Cəlaoğluna Səməd Vurğun cavabı
Ölkə09:42 15.04.2013

Mirşahindən Sərdar Cəlaoğluna Səməd Vurğun cavabı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ANS Şirkətlər Qrupunun vitse-prezidenti, Mir Şahin Ağayev Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun xalq şairi Səməd Vurğunun ünvanına söylədiyi təhqirlərlə bağlı məsələyə münasibət bildirib. 

M. Ağayev Publika.Az-a açıqlamasında deyib: "Səməd Vurğun təkcə Yusif Səmədoğlu kimi yazıçı və Vaqif Səmədoğlu kimi şair yetirdiyinə görə, Azərbaycan tarixində kifayət qədər hörməti olan insandır. Hətta Səməd Vurğun həyatında heç nə yazmasaydı belə, adlarını çəkdiyim iki əsərin müəllifi kimi, onun Azərbaycan tarixində böyük rolu olardı".

Xatırladaq ki, Sərdar Cəlaloğlu öz müsahibəsində belə deyib: "Həmişə xalqını, dövlətini sevən insanlar onun düşməni kimi qələmə verilib. Bu gün mən o vəziyyətdəyəm. Qacar, Nadir şah bu xalqdan ötrü hər şeyə gedib, Səməd Vurğun kimi dılğırın biri onları xalq düşməni edib".

Qaynar.info