Xəbər lenti

Misir Mərdanovun qardaşı avtoriteti həbs etdi
Ölkə10:18 10.07.2015

Misir Mərdanovun qardaşı avtoriteti həbs etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şabran rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçirib.   

Axar.az-a verilən məlumata görə, əməliyyat zamanı Siyəzən rayon sakini, kriminal avtoritet kimi tanınan Qafar adlı şəxs saxlanılıb. Keçirilən baxış zamanı ondan 3 qutu marixuana aşkar olunub.   Qafarın “qanuni oğru” dünyası ilə əlaqəsi olduğu və hazırda məhbus həyatı yaşayan Şəmi adlı avtoritetin əsas adamı hesab edildiyi bildirilir.   Məlumatda deyilir ki, xüsusi əməliyyat nəticəsində Qafar Şabranın Ağbaş körpüsü yaxınlığında yaxalanıb.   Qeyd edək ki, Şabran polisi davamlı olaraq narkotiklə mübarizə çərçivəsində əməliyyatlar keçirir. Rayonun polis rəisi sabiq təhsil naziri Misir Mərdanovun qardaşı Əli Mərdanovdur.

Qaynar.info